Faydalı

Yüksəldilmiş döşəmə

Yüksəldilmiş döşəmə

Günümüzdə sürətlə dəyişən texnologiya və müasirləşən iş həyatı binaların strukturlaşdırılmasına ehtiyac yaratmışdır. Yüksəldilmiş döşəmə müasir ofis və texniki hissələrin infrastrukturunun yaradılması üçün ən çox üstünlük verilən döşəmə örtüyüdür. Binanın mövcüud döşəmə örtüyü üzərində ikinci döşəmə qatı yaradaraq elektrik, zəif axın kabelləri, mexaniki təchizatı boruları, isitmə-soyutma-havalandırma kanalları kimi texniki hissələrin yenidən quraşdırılmasına və ya servis göstərilməsini üçün yeni məkan yaradır.
Modul tipli bir quruluşa malik olduğundan, daşınma və gələcək tənzimləmələr üçün uyğundur.

Yüksəldilmiş döşəmə korroziyaya və yanğına davamlı, rütubətdən təsirlənməyən, sağlamlığına və təbiətə zərərsiz, toz tutmayan materiallardan hazırlanır.

Yüksəltilmiş döşəmə istifadə sahələri

  • Ofislər
  • Biznes mərkəzləri
  • Ticarət mərkəzləri
  • Banklar
  • Otellər
  • Zəng mərkəzləri
  • UPS otaqları
  • Sistem otaqları
  • İdarəetmə mərkəzləri
  • Laboratoriyalar
  • Hava limanları
  • Təhsil müəssisələri
  • Radio və s. studiyalar
  • Daimi dəyişiklik tələb edən yerlər (yarmarka və sərgi sahələri, vitrinlər, mağazalar)

Bir cavab yazın